top of page
success.jpg

«İDK BOKT» ötən ili (2019) mənfəətlə başa vurub

“İDK” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 187 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 5 min manat mənfəətlə çıxmışdı.

Ötən il “İDK”nın vergiyəqədərki mənfəəti 203 min manat (əvvəlki ilə nisbətən 40,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə “İDK”nın aktivləri 1,9 milyon manat olub ki, bu da illik müqayisədə 22,2% çoxdur. Bunun 1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 1,3% böyüyüb.

Hesabat dövründə “İDK”nın öhdəlikləri 11 dəfə artaraq 176 min manata, balans kapitalı isə 12,1% artaraq 1,7 milyon manata çatıb.

Xatırladaq ki, “İDK” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 700 min manatdır. BOKT-un təsisçisi (həm də direktoru) 100% Əliyar Əsgərovdur. 

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi, № 29, AZ 1075      info@idkcredit.com  |   +994 12 464 85 88

© 2024 "İDK" Bank Olmayan Kredit Təşkilatı

  • Facebook - Black Circle
  • LinkedIn - Black Circle
bottom of page